Mansard, tavan və döşəmələrin etibarlı istilik izolyasiyası üçün istifadə olunan “İSOVER WARM HOUSE- TWIN”, kvars əsaslı mineral yunu istər 50 mm istərsə də 100 mm qalınlıqda istifadə edilə bilər. Beləki, məhsulun bağlamasında 2 ədəd 50 mm qalınlığa sahib rulonlar üst-üstə yerləşləşdirilib. Bununlada siz istər rulonları rahatlıqla bir-birindən ayırıb 50 mm kimi istərsədə ayırmadan 100 mm kimi istifadə edə bilərsiniz.
“İSOVER WARM HOUSE- TWIN” mineral yunu ekoloji cəhətdən tam şəkildə təmizdir və insan sağlamlığına qarşı zərərə sahib deyil. İstehsal olunduğunu ölkədə az saylı “EPD” sertifikatına sahib olan məhsullar sırasında olan və öz sinifdə ən aşağı kimyəvi qatqılara malik olan bu materialı rahatlıqla uşaq otaqlarında eləcədə tibbi mərkəzlərdə istifadə edə bilərsiniz.
Universal hesab edilən bu material 0,040 W/m*K istilik keçiricilik əmsalı ilə həm evlərinizi isti-soyuqdan, həm də ətraf mühit səslərindən qorunmasına yardımçı olacaq.
Üstünlükləri:
- 100 və ya 50 mm olaraq rahat istifadə imkanı.
- Etibarlı istilik və səs izolyasiya qabiliyyəti.
- İstənilən ölçüdə kəsilərək itkisiz sürətli montaj.
- Ekoloji təmiz və sağlamlığa qarşı zərərsiz.
İstifadə Sahələri:
- Mansard
- Tavan
- Döşəmələr
Qablaşdırma və Saxlanma:
Məhsul eni 1220 mm uzunluğu 7000 mm olan 17.08 kv.m-lik polietilen paketlərdə olur. Məhsulun quru şəraitdə saxlanması tövsiyyə olunur.
Növləri:
İsover Warm House – Twin 50 mm 5500×1220 (x2) |
İsover Warm House – Twin 50 mm 7000×1220 (x2) |