Ekstruziya olunmuş penopolistiroldan hazırlanmış “Penopleks” şirkətinə məxsus “Penoplex Osnova” məhsulu həm professional həm də şəxsi evlərin üzən döşəmə sistemlərində, isti döşəmə sistemlərində, düz dam sistemlərində, xarici fasadlarda istilik izolyasiyası məqsədi ilə istifadə olunur. Məhsul su keçirməz quruluşa sahib olduğundan istilik izolyasiyası ilə yanaşı tikililərin bünövrələrində və bir sıra yerlərdə su izolyasiya məqsədli də istifadə olunur. XPS yüngül ,həmçinin də mexaniki deformasiyaya dayanıqlı olduğundan quraşdırılması rahat və sürətlidir.
Üstünlükləri:
- Suya və nəmişliyə qarşı dayanıqlı.
- Mükəmməl istilik izolyasiya qabiliyyəti.
- Daha yaxşı yük götürmə qabiliyyəti.
- Rahat montaj imkanı.
Qablaşdırma və Saxlanma:
Məhsul eni 585 mm uzunluğu 1185 mm olan 13.86 m2-lik polietilen paketlərdə olur. Məhsulu günəş şüalarından uzaq və +75 C-dən aşağı temperaturda saxlanması tövsiyyə olunur.
Məhsul yanğına qarşı dayanıqsız və üzvi maddələrdən hazırlandığından 75 C-dən yuxarı istilik ola biləcək yerlərin izolyasiyasında tövsiyyə olunmur!
Növləri:
Xps Penopleks Osnova/Komfort 20 mm |
Xps Penopleks Osnova/Komfort 30 mm |
Xps Penopleks Osnova/Komfort 40 mm (sifarişlə) |
Xps Penopleks Osnova/Komfort 50 mm |
Xps Penopleks Osnova/Komfort 100 mm |